Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maradona istefa verdi

Maradona istefa verdi

Tarix: 14 Iyun 2019 14:40

Bakı. Trend:

Futbol ulduzu Dieqo Maradona Meksikanın “Dorados” futbol klubunun baş məşqçisi karyerasını başa vurub.

Trend-in məlumatına görə, Maradona səhhətində yaranmış problemlə əlaqədar “Dorados” klubundan ayrılıb.

Bildirilir ki, həkimlər ona sağlamlığına vaxt ayırmağı məsləhət görüblər. Həmçinin, onun iki çiynində və dizində cərrahi əməliyyat aparılacağı deyilir.

Qeyd edək ki, Dieqo Maradona Meksikanın ikinci divizionunda “Dorados” futbol komandasına 2018-2019-cu illər ərzində rəhbərlik edib.


Etiketlər:  Maradona istefa verdi


RƏYLƏR