Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fuad Nağıyev: Azərbaycanda turizm dəstəyə ehtiyacı olan sahə kimi qiymətləndirilir

Fuad Nağıyev: Azərbaycanda turizm dəstəyə ehtiyacı olan sahə kimi qiymətləndirilir

Tarix: 24 Iyun 2020 12:16

"Turizm iqtisadiyyatın əsas sahələrindən biri kimi post-pandemiya dövrü üçün Azərbaycanda daha çox dəstəyə ehtiyacı olan sahə kimi qiymətləndirilir".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Turizm Nazirlərinin 5-ci iclasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

F.Nağıyev Azərbaycanda ilk gündən pandemiya ilə mübarizə çərçivəsində iqtisadi stabilliyin saxlanılması və iqtisadiyyata dəyən zərərin minimuma endirilməsi üçün addımların atıldığını söyləyib.

F.Nağıyev, həmçinin turizm sahəsində sahibkarlara verilən dəstək proqramları, Azərbcaycanda ilk növbədə daxili turizmin bərpa olunması, ümumilikdə turizmin mərhələli şəkildə bərpa edilməsinin planlaşdırılması, Dövlət Turizm Agentliyi tərəfindən 2020-2023-cü illəri əhatə edəcək ortamüddətli inkişaf strategiyasının hazırlanması haqqında məlumat verib.


Etiketlər:  Fuad Nağıyev Azərbaycanda turizm dəstəyə ehtiyacı olan sahə kimi qiymətləndirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ