Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtkin düşən daha 2 neftçinin cəsədi bu gün ailə üzvlərinə təhvil veiləcək

İtkin düşən daha 2 neftçinin cəsədi bu gün ailə üzvlərinə təhvil veiləcək

Tarix: 24 Iyun 2020 13:32

Ötən ay Xəzər dənizinin dərinsulu hissəsində boru xəttinin monitorinqi aparılarkən 2015-ci il dekabrın 4-də "Günəşli" yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş iki əməkdaşın cəsədləri 190 metr dərinlikdə tapıldıqdan sonra iyun ayında da həmin ərazidə təftiş və axtarış işləri davam etdirilmiş, 149 metr dərinlikdə daha iki insan cəsədi aşkarlanmışdır. Cəsədlər müvafiq qaydada çıxarıldıqdan sonra dövlət orqanlarına təhvil verilmişdir.

SOCAR-dan Sonxeber.net-a verilən məlumata görə, analizlər nəticəsində müəyyən edilmişdir ki, tapılan cəsədlərdən biri 2015-ci ildə baş vermiş həmin qəza zamanı itkin düşmüş, 4-cü dərəcəli neft-qazçıxarma operatoru 1971-cü il təvəllüdlü Rəsulov Elşad Baloğlan oğluna məxsusdur. Cəsəd bu gün ailə üzvlərinə təhvil veiləcəkdir. Mərhum neftçinin ailəsinə başsağlığı verir və Allahdan rəhmət diləyirik.

Digər cəsədin qalıqlarının analizləri davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


Etiketlər:  İtkin düşən daha neftçinin cəsədi gün ailə üzvlərinə təhvil veiləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ