Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 01:52
Bakı. Trend:
ABŞ Almaniyada yerləşdirilmiş hərbçilərinin bir hissəsini Polşa ərazisinə göndərəcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Ağ Evdə Polşa prezidenti Ancey Duda ilə mətbuat konfransı zamanı ABŞ prezidenti Donald Tramp deyib.
D.Tramp bildirib: "Biz əlavə qoşunlar göndərəcəyik. Biz Almaniyadakı qoşunlarımızın sayını azaldacağıq. Onlardan bəziləri evə qayıdacaq, bəziləri isə digər ölkələrə, Avropa ölkələrinə, o cümlədən Polşaya göndəriləcəklər".