Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 07:20
Bakı. Trend:
Kolumbiyanın müdafiə nazirinin müavini Daniel Palasios yeni növ koronavirusa yoluxub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə D.Palasios öz "Twitter" səhifəsində yazıb.
Nazir müavini bildirib: "Keçən həftə Barranquillaya səyahət etdim (Atlantiko departamentinin paytaxtı - red.). Bu gün səhər (iyunun 24-ü red.) koronavirusla əlaqədar testdən keçdim, testin nəticəsi müsbət oldu".
D.Palasion qeyd edib ki, hazırda o karantindədir.
Xatırladaq ki, Kolumbiyada koronavirusa 77 113 nəfər yoluxub, 2 491 nəfər isə koronavirusdan ölüb.