Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 08:28
Ice Universe ləqəbli məşhur insayder avqust ayında təqdim olunacaq Galaxy Note 20 seriyasının Note 20+ (ola bilər smartfon Note 20 Ultra adını əldə etsin) modelinin texniki özəllikləri barəsində məlumat verib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə insayderin verdiyi məlumata əasən Galaxy Note 20+ modeli Galaxy S20 seriyasından fərqli olaraq 120 Hz-lik təsvir yenilənməsinə sahib QHD+ ekran ilə təchiz olunacaq. Ekran LTPO OLED matrisasına sahib olacaq. Bu matrisa isə enerji sərfiyyatı baxımından effektivdir.
Bununla yanaşı Galaxy Note 20+ modeli yeni S Pen stilusu, yeni funksiyalara sahib təkmilləşdirilmiş arxa kameralar, ekran ətrafı nazik çərçivələr və bir ədəd ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı hissə ilə təchiz olunacaq. Çox güman ki, ön kamera üçün nəzərdə tutulmuş dairəvi çıxıntı hissə ekranın yuxarı mərkəzində yerləşdiriləcək. İnsayder onu da qeyd edib ki, smartfon Snapdragon 865 Plus prosessoruna sahib olacaq.
Lakin təbii ki, bu prosessora sahib model heç də bütün ölkələrdə satışa çıxmayacaq. Digər ölkələr üçün smartfon Samsung istehsalı olan prosessor ilə təchiz olunacaq. Məlumata əsasən söhbət, Exynos 992-dən gedir. Qeyd etmək lazımdır ki, Samsung şirkəti Galaxy Note 20 seriyasını avqust ayında təqdim edəcək. Bir sıra məlumatlara əsasən həmin təqdimatda Galaxy Note 20 ilə birlikdə qatlana bilən Galaxy Fold 2 smartfonu da təqdim olunacaq.