Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 09:56
Bakı. Trend:
Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 228 nəfər yoluxub.
Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin Səhiyyə nazirinin müavini Mademin Karatayev deyib.
Onun sözlərinə görə, ötən gün qeydə alınan yoluxma hallarının sayı rekord göstəricidir: "Ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 954 nəfərə çatıb".
Nazir müavini qeyd edib ki, ötən gün koronavirusdan 1 nəfər ölüb, 30 nəfər sağalıb, ölənlərin ümumi sayı 43 nəfər, sağalananların ümumi sayı isə 2 112 nəfərdir.