Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 12:32
Azərbaycanda quruda yerləşən "Muradxanlı-Cəfərli-Zərdab" neft yataqları blokunun işlənməsi üzrə operator, Kanadanın "Zenith Energy Ltd" şirkəti müqavilə reabilitasiya sahəsinin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təhvil verilməsi prosesini başa çatdırıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə "Zenith Energy Ltd" şirkətinin bəyanatında deyilir.
Məlumata əsasən, təhvil nəticəsində şirkət Azərbaycanda neft hasilatı üzrə bütün əməliyyatları dayandırıb və 170-ə yaxın personal SOCAR bölmələrinə köçürülüb.
Şirkət bildirib ki, Azərbaycandakı filial SOCAR-da neft hasilatı üçün 508 min dollara yaxın ödəniş alıb.
Bundan sonra şirkətin Azərbaycandakı fəaliyyəti geoloji kəşfiyyat işləri ilə bağlı olacaq.