Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Saipem” şirkəti İlham Eminbəylini filial direktoru vəzifəsinə təyin etdi

“Saipem” şirkəti İlham Eminbəylini filial direktoru vəzifəsinə təyin etdi

Tarix: 25 Iyun 2020 15:40

Bakı. Trend:

“Saipem” şirkəti İlham Eminbəylini Azərbaycandakı filialının direktoru vəzifəsinə təyin edib.

Trend-in məlumatına görə, İlham Eminbəyli 1975-ci ildə Azərbaycanda anadan olub. Azərbaycan Neft Akademiyasında “İstehsalatın və Əməliyyatların İdarə edilməsi” ixtisası üzrə magistr dərəcəsinə yiyələnib, həmçinin, Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirib. Əmək fəaliyyətinə 1995-ci ildə Amerikanın Azərbaycandakı neft şirkəti nümayəndəliyində başlayıb. Sonradan SOCAR-ın nəzdində fəaliyyət göstərən “BOS Şelf” şirkətində 19 il ərzində çalışmışdır. Son 12 il ərzində həmin şirkətin maliyyə şöbəsinin rəhbəri vəzifəsini icra edib.

2008-ci ildən etibarən İ.Eminbəyli “Azərbaycan Dövlət Neft və Sənaye Universitetində” MBA proqramı çərçivəsində “Korporativ Maliyyə” və ”Maliyyə Hesabatının Analizi” fənləri üzrə tədris fəaliyyəti ilə məşğuldur.

İ.Eminbəyli öz zəngin təcrübəsini ölkədə 25 il ərzində mövcud olan və şirkət üçün strateji əhəmiyyətə malik olan “Saipem Azerbaijan”-la bölüşüb, “Saipem”-in Azəri-Çıraq-Günəşli və Abşeron kimi irimiqyaslı neft-qaz layihələrinin icrası üzrə fəaliyyətinə rəhbərlik edəcək.

Təyinatla bağlı qərarı qəbul edərkən “Saipem” Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin irəli sürdüyü iri neft-qaz layihələri çərçivəsində azərbaycanlı kadrların inkişafı və məşğulluğu təşəbbüsünü rəhbər tutur, həmçinin İlham Eminbəylinin sahə üzrə peşəkar təcrübəsini də nəzərə alıb.


Etiketlər:  Saipem şirkəti İlham Eminbəylini filial direktoru vəzifəsinə təyin etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ