Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evdə müalicə olunacaq xəstələrin statistikası aparılacaq

Evdə müalicə olunacaq xəstələrin statistikası aparılacaq

Tarix: 25 Iyun 2020 18:15

Bakı. Samir Əli - Trend:

Evdə müşahidə altında saxlanılan xəstələrin statistikası aparılacaq.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, TƏBİB bununla bağlı proqram hazırlayır: "Bu proqram vasitəsilə evdə müalicə olunan və müşahidə altında saxlanılan xəstələrin statistikası aparılacaq. Kimsəsiz xəstələrə isə könüllülər yardım edəcəklər".


Etiketlər:  Evdə müalicə olunacaq xəstələrin statistikası aparılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ