Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail əcnəbi vətəndaşların ölkəyə daxil olma qadağasını uzadıb

İsrail əcnəbi vətəndaşların ölkəyə daxil olma qadağasını uzadıb

Tarix: 25 Iyun 2020 20:48

Bakı. Trend:

İsrail hökuməti əcnəbi vətəndaşların ölkəyə daxil olma qadağasını avqustun 1-dək uzadıb.

Trend-in məlumatına görə, bu barədə beynəlxalq aviaşirkətlər də xəbərdarlıq edilib.

Ölkədə koronavirs pandemiyası ilə əlaqədar tətbiq edilmiş bir sıra məhdudiyyətlər may ayının ortalarından yumşaldılmağa başlasa da, əcnəbi vətəndaşlara tətbiq olunan qadağanın müddəti uzadılıb.

Sonuncu dəfə bu müddət iyulun 1-dək uzadılmışdı.

Qeyd edək ki, bu günədək İsraildə 22 mindən çox şəxs koronavirusa yoluxub, 308 nəfər ölüb.


Etiketlər:  İsrail əcnəbi vətəndaşların ölkəyə daxil olma qadağasını uzadıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ