Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple korporasiyası Safarinin ən böyük yenilənməsini təqdim etdi

Apple korporasiyası Safarinin ən böyük yenilənməsini təqdim etdi

Tarix: 25 Iyun 2020 22:40

Apple korporasiyası WWDC 2020 illik məhsul təqdimatını keçirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, onlayn tədbir zamanı Safari-nin ən böyük yeniləməsi təqdim edilib.

Apple veb-brauzerinin Chrome kimi bazar liderindən 50% daha sürətli olduğunu və ekranda daha çox səhifəni göstərə biləcəyini iddia edir.

Şirkət nümayəndələrinin sözlərinə görə, Safari yeni versiyasında, həmçinin yeddi dildə (rus, ispan, çin, fransız, alman, ingilis və brazilya-portuqal dili) bütün veb-səhifələrini tərcümə edə biləcək.

Bundan əlavə, brauzerdə yeni məxfilik funksiyaları, o cümlədən istifadəçinin ziyarət etdiyi veb-saytların izlənilməsinin qarşısını almaq üçün brauzer tərəfindən həyata keçirilən hərəkətləri ətraflı təsvir edən məxfilik hesabatının funksiyası mövcuddur.

Milli.Az


Etiketlər:  Apple korporasiyası Safarinin böyük yenilənməsini təqdim etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ