Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əslindən daha baha minisurət - Lamborghini Aventador Gold

Əslindən daha baha minisurət - Lamborghini Aventador Gold

Tarix: 25 Iyun 2020 23:48

Həqiqi avtomobillər qədər onların kiçik ölçülü surətlərinə də olduqca böyük maraq var.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu modellər şəxslərin həm sahibi olduqları, həm də arzuladıqları avtomobilləri əldə etmələrinə imkan tanıyır. Bu surətlərin ən yaxşılarını isə Böyük Britaniyada fəaliyyət göstərən Amalgam Collection hazırlayır.

Şirkət avtomobilləri daxildən xaricə doğru, orijinalı ilə tamamən eyni şəkildə hazırlayır. Surətlər xüsusi şəkildə, lazer vasitəsilə modelləşdirilir. Bəzi modellərin yığılmasına 200-400 saat vaxt ayrıldığı bildirilir.

Firmanın yığdığı modellər arasında Formula 1 bolidləri, əfsanəvi klassiklər, superkarlar və başqa avtomobillər yer alır.

Dünyanın ən bahalı avtomobil surəti isə 7,5 milyon avro qiymət ilə Lamborghini Aventador Gold modelidir.

Ümumilikdə isə şirkətin yığdığı modellərin qiyməti 10-15 min dollar arasında dəyişir.


Etiketlər:  Əslindən daha baha minisurət Lamborghini Aventador Gold


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ