Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda narkotik alverçiləri saxlanıldı

Bakıda narkotik alverçiləri saxlanıldı

Tarix: 26 Iyun 2020 09:27

Bakı. Samir Əli - Trend:

Bakıda narkotik alveri ilə məşğul olan şəxslər saxlanılıb.

Trend-in məlumatına görə, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşların keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş, 1991-ci il təvəllüdlü Rövşən Əsədzadə saxlanılıb. Saxlanılan şəxsin üzərində aparılan axtarış zamanı ondan 0,274 qram heroin və elektron tərəzi aşkarlanıb.

Bundan başqa Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Badambar qəsəbəsi, 3 massivdə yaşayan 1987-ci il təvəllüdlü Mirzəağa Hüseynovun evində axtarış keçirilib. Axtarış zamanı onun heyətində xüsusi avrotexniki qaydada qulluq edilmiş 3 ədəd çəkisi 0,75 qram çətənə kolu aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə araşdırma aparılır.


Etiketlər:  Bakıda narkotik alverçiləri saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ