Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2020 11:48
Bakı. Trend:
Türkiyənin qərbində Rixter cədvəli ilə 5.5 bal gücündə zəlzələ olub.
Trend-in məlumatına görə, yeraltı təkanlar İzmir, Bursa, Manisa və digər ətraf şəhərlərdə hiss olunub.
Zəlzələnin episentri İzmirdən 71 kilometr şimal-şərqdə, yerin 10 kilometr dərinliyində qeydə alınıb.
İzmir valiliyinin məlumatına görə, hər hansı bir itki və ya fəsadlar qeydə alınmayıb.
Xatırladaq ki, ötən gün Türkiyə-İran sərhədində, Van vilayətində 5.3 bal gücündə zəlzələ olmuşdu.