Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus infeksiyasına yeni simptomlar əlavə olunub

Koronavirus infeksiyasına yeni simptomlar əlavə olunub

Tarix: 26 Iyun 2020 15:58

Bakı. Trend:

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi koronavirus infeksiyasının simptomları siyahısını genişləndirib.

Trend-in məlumatına görə, mütəxəssislər simptomlar sırasına burun tutulması, zökəm, ürəkbulanma və ishal əlavə edib.

Bundan əvvəl koronavirus simptomları arasında yüksək temperatur, öskürək və nəfəs darlığı yer alırdı. Daha sonra bu simptomlara boğaz ağrısı, titrətmə, əzələ ağrısı, dad və iy bilmənin itməsi əlavə olunmuşdu.

Qeyd edək ki, bu günədək dünyada 9,7 milyondan çox şəxs koronavirusa yoluxub, ölənlərin sayı isə 492 min nəfəri keçib.


Etiketlər:  Koronavirus infeksiyasına yeni simptomlar əlavə olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ