Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2020 20:18
Göygöl rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Orxan Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Sonxeber.net Teleqraf.com-a istinadən bildirir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə iclası başlanacaq.
İttihama görə, ötən il sentyabrın 8-dəGöygöl rayonunun Üçtəpə kəndində təqribən yaşı 30 yaşlı Günay Cəlilili yaşadığı evdə boğazı kəsilərək öldürülüb.
Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.
Gunay Cəlili Beynəlxalq Bankın Gəncə şəhər filialının əməkdaşıdır. Qətli törədən Orxan Məmmədov da həmin bankda mühafizəçi işləyib. Qadının iki övladı qalıb.
Onun həyat yoldaşı illər öncə xəstəlikdən dünyasını dəyişib və qadın atası və ovladları (bir oğlu və qızı -red) ilə birlikdə Üçtəpə kəndindəki ər evində (yarıtikili -red) yaşayırmış. Hadisə zamanı evdə qadınla birlikdə bibisi və övladları olub. Qətlin gecə saat 4 radələrində törədildiyi deyilir.
Günay Cəlilinin qaldığı ev kəndin kənarında yerləşir və bu günə kimi onun haqqında heç bir pis söz, şayiə eşidilməyib.
İstintaq orqanı tərəfindən Orxan Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Cinayət Məcəlləsini 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.