Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2019 21:45
Bakı. Trend:
Kiçik və orta biznes subyektləri üçün Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mütəmadi olaraq müxtəlif mövzularda maarifləndirici tədbirlər təşkil edilir.
Agentlikdən Trend-ə verilən məlumata görə, KOBİA-nın təşkilatçılığı ilə növbəti belə təlim iyunun 14-də “Kommunikasiyanın və informasiyanın idarə olunması” mövzusunda keçirilib.
Təlimdə sahibkarlar, menecer və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar effektiv ünsiyyət, jest və mimikanın ünsiyyət prosesində rolu, işgüzar danışıqlar, görüş zamanı “30 saniyə qaydası” və s. barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin