Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AZAL vətəndaşları sosial şəbəkələrdə təxribat xarakterli məlumatlara uymamağa çağırıb

AZAL vətəndaşları sosial şəbəkələrdə təxribat xarakterli məlumatlara uymamağa çağırıb

Tarix: 26 Iyun 2020 23:18

Bakı. Trend:

Daha əvvəl xəbər verildiyi kimi, 26 iyun tarixində AZAL Bakı-İstanbul-Bakı reysinə biletlərin satışına başlayıb. Təəssüf ki, sosial şəbəkələrdə kənar saytlar tərəfindən biletlərin baha qiyməti əks olunan şəkillər yayılıb.

"Azərbaycan Hava Yolları" QSC-dən Trend-ə verilən məlumata görə, rəsmi olaraq bildirilir ki, İstanbul-Bakı istiqamətində AZAL aviaşirkətinin ekonom sinif üzrə biletin qiyməti 374 manat təşkil edir.

Bundan əlavə xaricdə təhsil alan Azərbaycanlı tələbələr üçün İstanbul-Bakı reyslərində AZAL aviabiletlərə 30% endirim təqdim edir:

AZAL sərnişinlərinə bilet alarkən aviaşirkətin rəsmi saytından istifadə etməyi, biletlərin qiyməti ilə bağlı təxribatlara və qeyri-dəqiq məlumatlara uymamağı tövsiyə edir. Bəzi hallarda, biznes-sinif biletlərinin qiyməti bilərəkdən ekonom sinif biletinin qiyməti kimi göstərilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq, aviaşirkət, təxribatçı hərəkətləri, yəni bilərəkdən qeyri-dəqiq sosial əhəmiyyət daşıyan məlumatların yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır.


Etiketlər:  AZAL vətəndaşları sosial şəbəkələrdə təxribat xarakterli məlumatlara uymamağa çağırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ