Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarabağ müharibəsində iştirak edən Əməkdar artist döyüş FOTOlarını paylaşdı

Qarabağ müharibəsində iştirak edən Əməkdar artist döyüş FOTOlarını paylaşdı

Tarix: 27 Iyun 2020 10:09

Əməkdar artist Cabir Abdullayev Qarabağ müharibəsində iştirak etmiş tək-tük sənət adamlarındandır.

Milli.Az xəbər verir ki, tanınmış xanəndə 26 iyun - Azərbaycan Silahlı Qüvvələr Günü ilə əlaqədar müharibə xatirələrini əks etdirən fotoları sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, sənətçi verilişlərdən birində "Vətənin dar günündə indi bütün günü "qastrollarda" olan adamlar, vətən yolunda heç gedib bir yaralının qolundan tutmayıblar. Mən öz borcuma düşəni, bəlkə də az eləmişəm. Müharibə vaxtı mən özümə sığışdırmadım ki, burada oturum. Müharibəyə getdim. Atəşkəs elan olunana qədər vuruşdum. Əlimdən gələni etdim, məni tanıyanlar da bilirlər" açıqlaması ilə diqqət çəkmişdi.

Məhəmməd Vaqif
Milli.Az


Etiketlər:  Qarabağ müharibəsində iştirak edən Əməkdar artist döyüş FOTOlarını paylaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ