Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2020 12:50
Sosial şəbəkələrdə TƏBİB-in mətbuat katibi Rəvanə Əliyevanın koronavirusa yoluxması ilə bağlı xəbərlər yayılmaqdadır.
Sonxeber.net xəbər verir ki, Rəvanə xanım baku.ws-ə açıqlamasında xəbəri təkzib etdi:
"Yayılan xəbər doğru deyil. Mən koronavirusa yoluxmamışam".
Xatırladaq ki, ötən həftə R.Əliyevanın anasında COVİD-19 aşkarlanmışdı. TƏBİB rəsmisi həmin xəbərdən sonra ailəsilə yaxın kontaktının olmadığını açıqlamışdı.