Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2020 17:54
Bakı. Samir Əli - Trend:
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 521 yeni yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 15 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 719 nəfər müalicə olunaraq sağalıb, 193 nəfər vəfat edib, 6 978 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 646, ötən müddət ərzində isə ümumilikdə 461 861 test aparılıb.