Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun ömürlük daha bir fəsadı bəlli oldu

Koronavirusun ömürlük daha bir fəsadı bəlli oldu

Tarix: 27 Iyun 2020 18:22

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssisləri iddia edirlər ki, koronavirusun fəsadları virusa yoluxmuş insanları bütün həyatı boyu təqib edə bilər.

Sonxeber.net Hit.az-a istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, COVİD-19-a yoluxmuş hər üç pasiyentdən biri həyatının qalan hissəsində ciyərlərin zədəsindən, xroniki yorğunluqdan və psixoloji pozğunluqlardan əziyyət çəkə bilər.

Qeyd edilir ki, koronavirusadan sağalan insanların 30 faizinin orqanizmində gələcəkdə ciyərlərin fibrozu inkişaf edə bilər. Keçmiş pasiyentlərin 50 faizi ömürlük fiziki və psixoloji pozuntulardan əziyyət çəkə bilər. Virusdan sağalan hər on britaniyalıdan birinə ürəyin kəskin zədəsi diaqnozu qoyulur.

Bundan başqa, alimlər tez-tez bildirirlər ki, koronavirus Alsheymer xəstəliyinin inkişafı imkanını artıran beyin zədələrinə səbəb ola bilər.


Etiketlər:  Koronavirusun ömürlük daha fəsadı bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ