Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bədəndə stressi azaldan ən sadə vasitələr

Bədəndə stressi azaldan ən sadə vasitələr

Tarix: 27 Iyun 2020 20:06

Orqanizmdə stressin səviyyəsinin uzun müddət ərzində yüksək olması çox ziyanlıdır və bir sıra xəstəliklərin inkişafına təkan verə bilər.

Müasir insanların bir çoxu xroniki stress vəziyyətində yaşadıqları üçün ildən ilə müxtəlif xəstəliklərə tutulanların sayı artır, xəstəliklər "cavanlaşır".  Bu səbəbdən orqanizmdə stressin səviyyəsini azaltmaq çox vacibdir.

Bəzi sadə və əlçatan vasitələr orqanizmdə stressin səviyyəsini azaltmağa yardım edə bilər. Sonxeber.net saglamolun.az-a istinadən bu vasitələrin siyahısını təqdim edir.

1. Xoşladığınız musiqiyə qulaq asın.

Musiqi arterial təzyiqi və stress hormonlarının səviyyəsini aşağı salır, sakitləşdirir.

2. Özünüz özünüzlə danışın.

"Qulaq yoldaşınız"  yoxdursa və ya öz problemləriniz haqqında heç kimə danışmağı xoşlamırsınızsa, bu sizin üçün ən yaxşı çıxış yoludur. Öz problemi haqqında danışanda insan rahatlaşır, sakitləşir. Psixoloqlar da bu üsulun streslə mübarizədə effektliyini təsdiq edirlər.

3. Sağlam və faydalı qidalanın.

Belə bir məşhur deyim var "nə yeyirsən, osan". İnsanın qidalanması onun tək fiziki deyil, həm də psixoloji sağlamlığına ciddi təsir edir. Meyvə-tərəvəz, balıq, süd məhsulları, şokolad kimi məhsullar bizi həm fiziki, həm də psixoloji mənada sağlam edir.

4. İdmanla məşğul olun.

Mütəxəssislərin fikrinə görə, idman stressin azalması üçün ən yaxşı vasitədir.

5. Yatın.

Normal yuxu stressi azaldır, sinir sisteminin fəaliyyətini yaxşılaşdırır və əksinə yuxusuzluq və ya natamam yuxu orqanizmdə stress hormonlarının səviyyəsini kəskin qaldırır.


Etiketlər:  Bədəndə stressi azaldan sadə vasitələr


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ