Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Albinoslar: Hər 70 min nəfərdən biri bu geni gizli daşıyır

Albinoslar: Hər 70 min nəfərdən biri bu geni gizli daşıyır

Tarix: 27 Iyun 2020 21:21

Albinizm latın sözü olub, "albus", yəni "ağ" sözündən yaranıb. Dəridə, saçda və gözlərdə xüsusi bir piqmentin olmaması ilə xarakterizə olunan anadangəlmə xəstəlikdir. Albinoslar xarici görünüşləri ilə fərqlənirlər.

Statistikaya görə, albinoslar Avropa ölkələrinin millətləri arasında nadir deyil, hər 20 min nəfərdən birində rast gəlinən haldır. Neqroid irqindən olanlar arasında onlara daha çox rast gəlinir. Genetiklərin araşdırmalarına görə, insanlarda albinizm geni əslində nadir deyil, sadəcə, çox vaxt bu gen aktiv olmur. Təxminən hər 70 min nəfərdən birinin onun gizli daşıyıcısı olduğu təxmin edilir.

Kiçik etnik qruplarda qohum nikahlar nəticəsində albinizmin yayıldığı bildirilir. Albinoslar fotofobiya, görmə kəskinliyinin azalması, katarakta kimi göz xəstəliklərindən, həssaslıq və quru dəridən əziyyət çəkirlər. Günəş şüaları onların sağlamlığına mənfi təsir göstərdiyindən gecə həyatı yaşamaq məcburiyyətində qalırlar.

Albinizmdən əziyyət çəkənlərin zahiri görkəmi günümüzdə də gülüş doğuran yanlış mövhumatçı təsəvvürlər formalaşdırır. Həmin şəxslərə qarşı göstərilən ayrı-seçkilik onların marginallaşmasına və cəmiyyətdən təcrid olunmasına səbəb olur. Bəzi cəmiyyətlərdə mövhumatçılığın güclü təsiri altında kök atmış yanlış təsəvvürlər və əfsanələr albinizmdən əziyyət çəkənlərin həyatını təhlükəyə məruz qoyur. Bu qədim təsəvvür və əsatirlər bütün dünyada yayılıb.

BMT-nin İnsan Haqları Şurası bunu əsas götürərək, 2013-cü ildə dövlətləri albinizmdən əziyyət çəkənlərə qarşı ayrı-seçkiliyin bütün növlərini ləğv etmək üçün təsirli tədbirlər görməyə çağırıb.


Etiketlər:  Albinoslar Hər nəfərdən biri geni gizli daşıyır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ