Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda intihara cəhdin qarşısı alınıb - FOTO

Bakıda intihara cəhdin qarşısı alınıb - FOTO

Tarix: 27 Iyun 2020 22:00

Bakıda intihara cəhdin qarşısı alınıb.

Sonxeber.net bildirir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda bir nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.


Etiketlər:  Bakıda intihara cəhdin qarşısı alınıb FOTO


RƏYLƏR