Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2020 23:30
Pandemiya ilə qlobal mübarizə üzrə BMT-nin xüsusi sessiyasının keçirilməsinə dair Azərbaycan Prezidenti İlham Əliyevin 120 dünya ölkəsini əhatə edən videokonfransda verdiyi təklifin qəbul edilməsi BMT-nin öz tarixində, Covid-19 -la mübarizədə və bəşəri tərəqqiyə xidmət edən qlobal təşəbbüslər tarixinə böyük hadisələrdən biri kimi yazılacaq.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər"qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinəə görə, Prezident Əliyevin mayın 4-də Qoşulmayan Ölkələr hərəkatının regional təmsilçilərinin iştirakı ilə keçirilən videokonfransda etdiyi təklifin belə qısa müddətdə icraya qəbul edilməsi kiçik hadisə deyil və Azərbaycanın beynəlxalq sülh və təhlükəsizlik proseslərində nə qədər yaradıcı və təşəbbüskar səviyyədə iştirakını sübut edən tutarlı faktdır:
"Azərbaycan Prezidentinin təklifi əsasında BMT Baş Katibinin pandemiya ilə mübarizəyə dair xüsusi ümumdünya konfransının keçirilməsi üçün rəsmi hazırlıqlara başlaması hər bir azərbaycanlı üçün qürurverici faktdır.Azərbaycan Prezidentinin təklifinin BMT-də icraya qəbul edilməsi ölkəmizin dünya birliyindəki güclü mövqeyi və sambalı ilə birbaşa bağlıdır.
Fakta lazımi dıyəri verməkdə çətinlik çəkə bilənlər üçün deyilməlidir ki,BMT yatandığı 1945-ci ildən indiyə qədərki dövr ərzində çox nadir hallarda belə xüsusi konfrandlar keçirmək qərarı verib.BMT-nin xüsusi konfrans və ya sessiyalarının keçirilməsi təşəbbüslərinin heç də hamısı məqbul qarşılanmayıb.Azərbaycan Prezidentinin təklifi ilə BMT-nin xüsusi konfrsnsının keçirilməsi ümumən 2-ci dünya müharibəsindən sonra bu qurumun praktikasında nadir hadisələrdən biri olacaq".
Baş redaktor bildirib ki, Prezident Əliyev hələ may ayının 4-də bu təkliflə çıxış edəndə pandemiya ilə mübarizənin uğurlarının təkcə milli hakimiyyətlər və ölkələr çərçivəsində aparılmasından asılı olmadığı məntiqindən çıxış etmişdi: "Dəqiq desək, Prezident Əliyev 4 may təklifi ilə bütün dünya ölkələrinə medaj verdi ki,bəşəriyyəti bu təhlükədən qorumağın ən etibarlı yolu milli sərhədlər miqyasına qapanmaq yox,səyləri qlobal miqyasda birləşdirməkdir.
Ötən iki ayda dünyada pandemiyanın yeni tüğyan əlamətləri sübut etdi ki,Azərbaycan ölkənin içində antipandemiya tədbirlərini qabaqlayıcı şəkildə atdığı kimi , birgə qlobal tədbirlərin də öncədən atılması zərurətini çoxlarından əvvəl görür.Azərbaycanın koronovirusla mübarizədə dünyanı bir araya gətirmək təşəbbüsləri konkret nəticə verdi.Bəşəriyyətin qorxulu virusla mübarizə aktivinə Azərbaycanın bir ölkə olaraq təqdim etdiyi samballı töhfələrin sayı artır.Ermənistan və bu kimi bir sıra ölkələr ÜST-dən və başqa dövlətlərdən çarəsiz şəkildə yardım istədkləri halda ,Azərbaycan çox az sayda donor ölkələrdən biri olaraq öz üzərinə böyük missiya götütdü,29 ölkəyə yardım etdi,iki mərhələdən ibarət olmaqla ÜST xətti ilə ehtiyacı olan ölkələrə 10 milyon dollar yardım etdi.Dünyada koronavirusla ümumi mübarizə konfransının keçirilməsi təşəbbüsü məhz bizim ölkəmizə-Azərbaycana məxsusdur.Azərbaycan beynəlxalq sülhə, rifaha və inkişafa real töhfələr vermək gücündə və iradəsində olduğunu növbəti dəfə sübut etdi".
Siyasi ekspert qeyd edib ki, koronavirusla mübarizə çərçivəsində ümumdünya konfransı BMT-nin özünün dünyadakı nüfuzunun və hörmətinin xeyli dərəcədə bərpa olunmasına mütləq təsir göstərəcək: "Azərbaycan Prezidentinin təklifinin hələlik bu günədək 130 ölkə tərəfindən dəstəkənməsi davamlı bir prosesin blandığını göstərir.Heç şübhə yoxdur ki,tək-tük ambisioz və irticaçı ölkələri çıxmaq şərti ilə Azərbaycan Prezidentinin təklifini dəstəkləyən ölkələrin sayı daha da artacaq.Mövcud beynəlxalq prosedura görə İlham Əliyevin təklifinin gerçəkləşməsi üçün cəmi 97 ölkənin dəstək vetməsi kifayət etdiyi halda ,130 dövlətin müdafiəsi Azərbaycanın qlobal təşəbbüslərə tam hazır və qadir ölkə olduğunu bir daha sübut etdi. BMT rəsmiləri Azərbaycan prezidentinin təşəbbüsünə qiymət verərkən ölkəmizin pandemiya ilə mübarizədə əldə etdiyi nisbətən ən yaxşı nəticələri,Azərbaycanın sistemli mübarizə modelinə malik olduğunu və etibarlı siyasət apardığını sözsüz ki ,nəzərə aldı".