Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Napoli'', ''Milan'' və ''İnter''dən qələbə

''Napoli'', ''Milan'' və ''İnter''dən qələbə

Tarix: 29 Iyun 2020 08:34

Futbol üzrə İtaliya A Seriyasında 28-ci tura yekun vurulub.

Sonxeber.net matc.az-a istinadən bildirir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

"İnter" bu turda "Parma"nı, "Napoli" isə SPAL-ı sınağa çəkib. Hər iki oyunda favoritlər qələbə qazanan tərəf olub.
 
Turun mərkəzi görüşü Milanda keçirilib. Şəhərin eyniadlı komandası paytaxt təmsilçisi "Roma" ilə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu görüşdən inamlı qələbə ilə ayrılıblar.
 
İtaliya A Seriyası
28-ci tur
26 iyun
 
Yuventus - Leççe 4:0
Qol: Dibala, 53. Ronaldo, 61-pen. İquayn, 84. De Liqt, 86.
 
27 iyun
 
Breşiya - Cenoa 2:2
Qol: Donnarumma, 10. Semprini, 13 - Falke, 38-pen. Pinamonti, 69-pen.
 
Kalyari - Torino 4:2
Qol: Nandes, 12. Simeone, 17. Naynqqolan, 46. J.Pedro, 68-pen - Bremer, 60. Belotti, 66.
 
Latsio - Fiorentina 2:1
Qol: İmmobile, 67. L.Alberto, 83 - Riberi, 25.
 
28 iyun
 
Milan - Roma 2:0
Qol: Rebiç, 76. H.Çalhanoğlu, 89-pen.
 
Napoli - SPAL 3:1
Qol: Mertens, 4. Kallexon, 36. Yunes, 78 - Petanya, 29.
 
Sampdoriya - Bolonya 1:2
Qol: Bonatsoli, 88 - Barrov, 72. Orsolini, 75.
 
Sassuolo - Verona 3:3
Qol: Boqa, 53; 77. Rocerio, 90+7 - Lazoviç, 51. Stepinski, 57. Pessina, 68.
 
Udineze - Atalanta 2:3
Qol: Lasanya, 31; 87 - Sapata, 9. Muriel, 71; 79.
 
Parma - İnter 1:2
Qol: Jervinyo, 15 - De Vrey, 84. Bastoni, 87.


Etiketlər:  Napoli Milan İnterdən qələbə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ