Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 12:20
"Mən Faiq Ağayev ilə 8-9 il küsülü olmuşam. Sonra Xatirə İslam mənə söylədi ki, Faiq Ağayev ağır xəstədir. Ondan sonra qayınatam ilə xəstəxanada ona baş çəkdik".
Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, bu sözləri Nadir Qafarzadə "7 canlı" verilişində Xalq artisti Faiq Ağayevlə küsülü olduğu zamanlardan danışarkən deyib.
"İlk addımı mən atdım. İndi aramız çox yaxşıdır. Bəlli yaşa çatdıqda insan həyata başqa tərəfdən baxır. O da, mən də anladıq ki, biz boş şeylərin üstündə bir-birimizin xətrinə dəymişik. Kaş ki aramızda belə bir inciklik yaşanmazdı",- deyə o, vurğulayıb.