Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2019 19:52
2019/2020 mövsümünə hazırlaşan "Qarabağ" Bakıda təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama keçirib.
Qol.az-ın məlumatına görə, Ağdam klubu "Azərsun Arena"da "Səbail"lə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində Dani Kintana, Filip Ozobiç və Toral Bayramov fərqlənibsə, qonaqların qoluna Fəhmin Muradbəyli imza atıb.
Qeyd edək ki, hazırlığın ikinci mərhələsi üçün iyunun 18-da Avstriyaya yollanacaq "Qarabağ" 2 həftəlik toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdam təmsilçisi iyunun 22-də Bolqarıstanın “Ludoqorets”, iyunun 25-də Rumıniyanın “Krayova”, iyunun 28-də Rusiyanın “Ufa”, iyulun 2-də isə Çexiyanın “Viktoriya” komandası ilə qarşılaşacaq.