Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 18:03
Bakı. Trend:
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirir.
Trend-in məlumatına görə, brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva və Səhiyyə Nazirliyinin aparat rəhbəri Eldar Zeynalov jurnalistləri maraqlandıran suallara cavab verir.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 475 525 test aparılıb. Aktiv xəstə sayı 7 393 nəfərdir, onlardan 213 nəfər reanimasiyadadır, 36 nəfər isə süni tənəffüs aparatına qoşulub.