Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 19:27
Bakı. Samr Əli - Trend:
Qeyri COVİD xəstələrinin normal müalicəsini istəyiriksə, qaydalara əməl etməliyik.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, koronavirus xətələri artdıqca xəstəxanalar bu xəstəlik üçün ayrılır: "Bu da digər xəstələrin müalicəsinə çətinlik yaradır: "Ona görə də mən vətəndaşlarımıza meraciət edirəm ki qaydalara əməl edək. Qaydalara əməl etsək COVİD xəstələrinin sayında artımın qarşısını ala bilərik və nəticədə digər xəstəliklərdən əziyyət çəkən insanlarımızın normal müalicəsinə şərait yaranacaqş ona görə də həmin xəstələrin müalicəsi üçün COVİD xəstələrinin artmasının, bu xəstəliyin yayılmsının qarşısını almalıyıq".