Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2019 03:32
Bakı. Trend:
Yəmənin "Ənsar Allah" hərəkatından olan üsyançılar-husilər tərəfindən buraxılmış pilotsuz uçuş aparatları Səudiyyə Ərəbistanında yerləşən Abha və Cizan aerodromlarına hücum edib.
Trend-in məlimatına görə, bu barədə "Saba Net" xəbər verib.
Məlumata əsasən, hücumlar, Ər-Riyadın rəhbərlik etdiyi koalisiyanın Taiz əyalətində yerləşən kəndlərə endirilən zərbələrə cavab olaraq edilib.
İyunun 12-də husilər Abha şəhərinin aerodromunu raket atəşinə tutublar, nəticədə 26 nəfər xəsarət alıb. İyunun 14-də "Ənsar Allah" hərəkatının tərəfdarları insansız, pilotsuz uçuş aparatları vasitəsi ilə Abhaya hücum edib, lakin Krallığın hava müdafiə sistemi və hava qüvvəsi dronların beşini dəf edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin