Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Feysbuk və İnstaqram mədəni irs obyektlərinin ticarətini qadağan etdi

Feysbuk və İnstaqram mədəni irs obyektlərinin ticarətini qadağan etdi

Tarix: 30 Iyun 2020 21:56

Feysbuk və İnstaqram mədəni irs obyektlərinin ticarətini qadağan edib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, mədəni irsin müşahidə orqanı (Athar) və BBC mədəni irs obyektlərinin ticarəti ilə məşğul olan hesabların sayını məhdudlaşdırmaq üçün platformalara müraciət edib.

Müraciətdə qeyd olunur ki, keçən il Athar təşkilatı "Feysbukun qara bazarı" adlı hesabat yayımlayıb. Araşdırmaya əsasən, Yaxın Şərq və Şimali Afrikanın mədəni irs obyektlərinin qanunsuz satışının böyük hissəsi Feysbuk və İnstaqram vasitəsilə keçirilir.

Pandemiya və karantinlə əlaqədar olaraq mədəni obyektlərin mühafizə səviyyəsi aşağı düşüb ki, bu da oğurluq faktlarının sayını artıra bilər.


Etiketlər:  Feysbuk İnstaqram mədəni obyektlərinin ticarətini qadağan etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ