Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 22:15
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin videokonfrans formasında təşkil edilən görüşündən sonra, Minsk qrupu həmsədrləri Qarabağ problemi ilə bağlı növbəti bəyanat səsləndiriblər. Işğalçıya siyasi təzyiq göstərməyən həmsdərlər, bu dəfə də Qarabağ probleminin hərbi yolla həllinin mümkün olmadığını bildirib, xalqları sülhə hazırlamağın vacibliyini vurğulayıblar.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, məsələyə münasibət bildirən Respublika Veteranlar Təşkilaıtnın sədr müavini, polkovnik Cəlil Xəlilov beynəlxalq təşkilatların Qarabağ məsələsində qətiyyət sərgiləməsinin vacibliyinə toxunub:
"İstər Minsk qrupu, istərsə də digər beynəlxalq təşkilatlar uzun illərdir ki, erməni işğalından əziyyət çəkən Azərbaycanın hüquqlarına hörmət etməyə borcludurlar. Onlar işğalçı ilə işğala məruz qalan arasında fərq qoymalı, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı Ermənistana təzyiq göstərməlidirlər.
Artıq uzun müddətdir ki, Ermənistan Qarabağ probleminin həllinə maneçilik törədir. Habelə, işğal edilmiş Azərbaycan torpaqlarında müxtəlif layihələr, tikinti işləri həyata keçirir. Ermənistandakı erməni ailələrinin işğal edilmiş Azərbaycan torpaqlarında məskunlaşdırılması istiqamətində iş aparır. Bütün bunlar onu göstərir ki, düşmən işğal etdiyi torpaqları azad etmək niyyətində deyil. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar işğalçıya təzyiq göstərmək, onları işğal etdikəlri torpaqları azad etməyə vadar etmək əvəzinə, sadəcə bəyanat verməklə kifayətlənirlər. Lakin həm Ermənistan, həm də həmsdr dövlətlər bilməlidir ki, Azərbaycan işğal faktı ilə heç vaxt barışmaycaq və gərəkirsə öz torpaqlarını azad etmək üçün digər vasitələrdən istifadə edəcək. Heç kim unutmasın ki, Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır və bu ordu Qarabağı ən qısa müddətdə erməni terrorçularından azad etməyə qadirdir".