Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Toy da yoxdur... Nə var satıb, dolanıram''

''Toy da yoxdur... Nə var satıb, dolanıram''

Tarix: 1 Iyul 2020 11:30

Əməkdar artist Firuzə İbadova "5/5" verilişinin qonağı olub.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni proqramda maddi sıxıntı çəkdiyini bildirib.

Aparıcı Zaur Kamal "Hər zaman əziyyət çəkən xanım olmusuz. İllərdir qohumlara, ana, övlada, övladın uşağına baxır. Deyir, borc içində batıram. Deyir, yaşadığım evə 40 min borcum var. Bu qədər toylara getdiniz, qazandınız, bu qədər pul hara getdi?" deyə, F.İbadovaya sual ünvanlayıb.

Müğənni "Yetim-yesir çoxdur. Qazandığını paylaşmalısan. Toy da yoxdur... Şükür, nə var satıb, dolanıram. O da qurtarandan sonra bilmirəm nə edəcəm" cavabını verib.

Aparıcı ifaçının qızıllarını satdığını söyləyib.


Etiketlər:  yoxdur satıb dolanıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ