Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2020 13:16
Bakı. Trend:
Türkiyədə Van gölündə qaçqınları daşıyan qayıq batıb.
Trend-in məlumatına, hazırda 6 nəfərin meyiti sudan çıxarılıb. Hadisə yerinə ölkənin daxili işlər naziri Süleyman Soylu səfər edib.
Onun sözlərinə görə, hadisə bir neçə gün əvvəl baş versə də, bu barədə çox gec məlumat verilib.
Bununla əlaqədar olaraq, bölgədə yerləşən kəndin muxtarı vəzifədən kənarlaşdırılıb. S.Soylunun sözlərinə qayıqda 60-dək şəxsin olması ehtimal edilir.
Qəza ilə əlqədar 11 nəfər saxlanılıb. Van gölündə axtarışlar davam edir.