Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bəlkə də yeni çağırış üçün ən yaxşı vaxtdır'' - Poqbadan ayrılıq mesajı

''Bəlkə də yeni çağırış üçün ən yaxşı vaxtdır'' - Poqbadan ayrılıq mesajı

Tarix: 16 Iyun 2019 14:56

Pol Poqba bu yay "Mançester Yunayted"dən ayrıla bilər.

Qol.az-ın "The Guardian" nəşrinə istinadən yaydığı xəbərə görə, bu barədə fransalı futbolçu özü məlumat verib. Tokioda "Adidas" şirkətinin təşkil etdiyi tədbirdə jurnalistlərin suallarını cavablandıran 26 yaşlı yarımmüdafiəçi komandadan gedə biləcəyini istisna etməyib:

"Sizin də dediyiniz kimi, həqiqətən son vaxtlar haqqımda çox söz-söhbət gəzir. Mançesterdə 3 yaxşı mövsüm keçirdim. Düzdür, həm sevincli, həm də kədərli anlar oldu. Ancaq son mövsüm mənim üçün ən yaxşı idi. Bəlkə də yeni çağırış üçün ən yaxşı vaxtdır. Bu haqda düşünürəm".

Qeyd edək ki, Poqba ilə "Real" və "Yuventus" yaxından maraqlanır. "Mançester Yunayted" təcrübəli futbolçu üçün 150 milyon avro təzminat tələb edir.

 


Etiketlər:  Bəlkə yeni çağırış üçün yaxşı vaxtdır Poqbadan ayrılıq mesajı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ