Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Microsoft” silinmiş faylların sürətli bərpası üçün proqram təqdim edib

“Microsoft” silinmiş faylların sürətli bərpası üçün proqram təqdim edib

Tarix: 2 Iyul 2020 08:12

"Windows" əməliyyat sistemində silinmiş fayllar müəyyən müddət "Səbət"də saxlanılır. Lakin sistem məlumatları bərpa etmək imkanı olmadan tamamilə silmək imkanına da malikdir. Bu kimi hallarda istifadəçilərin həyatını asanlaşdırmaq üçün "Microsoft" silinmiş, itirilmiş və ya zədələnmiş faylları bərpa etmək üçün pulsuz utilit təqdim edib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Windows File Recovery" proqramı "NTFS", "FAT", "exFAT" və "ReFS" fayl sisteminə malik daxili və ya kənar SSD, HDD, fləş kart və ya yaddaş kartından silinmiş məlumatları bərpa etməyə imkan verir. Utilitin köməyi ilə aşağıdakı formatlı faylları bərpa etmək olar: "JPEG", "PDF", "PNG", "MPEG", "Office" faylları, "MP3", "MP4", "ZIP" arxiv və sairə.

Bərpa prosesi əmr sətrinin köməyi ilə yerinə yetirilir. İstifadəçi silinmiş faylın yolunu, onun adını, həmçinin bərpa etmək üçün lazım olan yeri göstərməlidir.

"Windows File Recovery" proqramını "Microsoft Store" internet mağazasından yükləmək olar.


Etiketlər:  Microsoft silinmiş faylların sürətli bərpası üçün proqram təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ