Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Microsoft” bütün pərakəndə mağazalarını həmişəlik bağlayacaq

“Microsoft” bütün pərakəndə mağazalarını həmişəlik bağlayacaq

Tarix: 2 Iyul 2020 08:52

"Microsoft" şirkəti dünyada fəaliyyət göstərən bütün pərakəndə mağazalarının bağlandığını elan edib. Ticarət nöqtələrinin fəaliyyəti həmişəlik dayandırılacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki,  yalnız Nyu-York (Beşinci prospekt), London, Sidney və Redmondda belə mağazalar fəaliyyət göstərəcək. Bu mağazalar "təcrübə mübadiləsi mərkəzlərinə" çevriləcək - istifadəçilər məhsulu satın almazdan öncə qurğularla tanış ola biləcəklər. Lakin orada məhsullar satılmayacaq.

Mağazaların bağlanması ixtisarlara gətirib çıxarmayacaq, şirkətin nümayəndələri "The Verge" nəşrinə deyiblər. Pərakəndə satış strategiyasındakı dəyişiklik diqqəti elektron ticarətə yönəltmək istəyi ilə bağlıdır. Hər ay "Microsoft.com" saytı, həmçinin "Xbox" və "Windows" onlayn mağazalarına 1,2 milyardadək insan daxil olur.

Milli.Az


Etiketlər:  Microsoft bütün pərakəndə mağazalarını həmişəlik bağlayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ