Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 10:57
"MSI" şirkəti ilin əvvəlində "CES 2020" sərgisində təqdim edilən "Creator 17" noutbukunun satışlarına başlayıb. Bu, dünyada "mini-LED" ekranla təchiz edilən ilk noutbukdur.
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "MSI Creator 17" noutbuku 32 giqabaytlıq operativ yaddaş dəstəkli səkkiznüvəli "Intel Core i7-10875H" prosessoru əsasında qurulub və "NVIDIA GeForce RTX 2080 SUPER" videokartı ilə təchiz edilib. Bundan başqa, yeni qurğu 1 terabayt tutumlu "NVMe" bərkcisimli toplayıcısına malikdir.
Noutbukun "4K" təsvir ölçülü və "DCI-P3" rəng məkanını 100 faiz əhatə edən 17,3 düym diaqonallı "mini-LED" displeyi maksimal 1000 kandel/kvadratmetr parlaqlıq göstəricisinə malikdir. Qurğunun ekranının daha bir xüsusiyyəti 240 lokal tündləşmə zonasının mövcudluğundadır. Noutbukun qabaritləri 396,1 х 259,4 х 20,25 mm, çəkisi 2,5 kq təşkil edir. Modelin interfeyslər siyahısı "Thunderbolt 3", "USB Type-C 3.2" portları və üç "USB Type-A" çıxışı, eləcə də "Wi-Fi 6" modulu ilə təqdim olunur.
"MSI Creator 17" noutbukunun Çində ilkin sifariş qiyməti 3255 dollara bərabərdir.
Nizam Nuriyev