Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda daha 593 nəfər koronavirusa yoluxdu

Ermənistanda daha 593 nəfər koronavirusa yoluxdu

Tarix: 2 Iyul 2020 11:24

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 26 658 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 593 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 6 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 459 nəfər koronavirusdan ölüb, 11 010 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.


Etiketlər:  Ermənistanda daha nəfər koronavirusa yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ