Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2019 17:16
Bakı. Trend:
İran iyunun 17-si nüvə razılaşması çərçivəsində öhdəliklərin azaldılması barədə hesabat təqdim edəcək.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İranın Nüvə Enerjisi üzrə Təşkilatından bildiriblər.
Məlumatda deyilir: "İranın Nüvə Enerjisi üzrə Təşkilatı sabah Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində öhdəliklərinin azaldılması üzrə birinci addım barədə hesabat təqdim edəcək".
Bildirilir ki, hesabatda zənginləşdirilmiş uran ehtiyyatları, o cümlədən ağır su istehsalının artırılması barədə məlumat olacaq: "Bu hesabatda öhdəliklərin azaldılması üzrə ikinci fazaya keçid üçün atılan addımlar bəyan ediləcək".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin