Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda dəyişkən buludlu olacaq, arabir tutulacaq - HAVA PROQNOZU

Bakıda dəyişkən buludlu olacaq, arabir tutulacaq - HAVA PROQNOZU

Tarix: 2 Iyul 2020 13:40

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə 3 iyulda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-23,  gündüz 28-32, Bakıda gecə 20-22, gündüz  30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.  

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22,Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.  

3 iyulda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb  rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu  düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.  

Havanın temperaturu  gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz  20-25 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoz

İyulun 3-4-də Abşeron yarımadasında sabit hava şəraiti və  iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.


Etiketlər:  Bakıda dəyişkən buludlu olacaq arabir tutulacaq HAVA PROQNOZU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ