Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona''nın futbolçuları Setyeni dəstəkləmirlər

''Barselona''nın futbolçuları Setyeni dəstəkləmirlər

Tarix: 2 Iyul 2020 14:22

"Barselona"nın baş məşqçisi Kike Setyenin klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya klubunun oyunçuları 61 yaşlı mütəxəssisi dəstəkləmirlər. Qəzet yazıb ki, onun köməkçisi Eder Sarabianın davranışları futbolçularla məşqçi heyəti arasında münasibətləri pisləşdirib.

Setyenin gələcəyi ilə bağlı yaxın günlərdə qərar verilə biləcəyi vurğulanıb. Onun taleyinin La Liqanın nəticəsindən asılı olduğu qeyd olunub.

Xatırladaq ki, "Barselona" hazırda 70 xalla 2-ci pillədə qərarlaşıb. Lider "Real" bu gün "Xetafe" ilə görüşdə qələbə qazanacağı təqdirdə, ən yaxın izləyicisi ilə xal fərqini 4-ə yüksəldəcək.

 


Etiketlər:  Barselonanın futbolçuları Setyeni dəstəkləmirlər


RƏYLƏR