Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 14:33
Bakı. İlhamə İsabalayeva - Trend:
COVİD-19-dan dünyasını dəyişən Azərbaycan Televiziyasının əməkdaşı Samir Nemətzadə özəl klinikaların birində müayinə olunduqdan sonra ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bunu Trend-ə TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.
Onun sözlərinə görə, S.Nemətzadə daxil olarkən pasiyentin diaqnozu kəskin respirator xəstəlik, ağır gedişli, ikitərəfli total pnevmoniya (“buzlu şüşə”), anemiya, splenomeqaliya, kəskin ağciyər, ürək çatışmazlığı olub.
Xəstəxanaya daxil olarkən reanimasiyaya yerləşdirilən S.Nemətzadə süni tənəffüs cihazına qoşulub, lakin göstərilən səylərə baxmayaraq, 40 dəqiqə sonra bioloji ölüm baş verib.
R.Əliyeva bildirib ki, pasiyent reanimasiya şöbəsinə yerləşdirildiyindən həmin şöbədə su və sanitar qovşağın mövcud olmaması reanimasiya şöbəsinin şərtlərinə uyğundur.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə S.Nemətzadənin səs yazısı yayılıb. Bu səs yazısında S.Nemətzadə xəstəxanada xəstəxanada şəraitin olmamasından narazılıq edib.