Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Tarix: 3 Iyul 2020 14:40

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 2-də 43,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,88 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 43,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 43,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 43,12 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,56 dollar/barel çoxdur.


Etiketlər:  Azərbaycan nefti bahalaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ