Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ekspertlər payız aylarına daha ciddi hazır olmağımızı tövsiyə edirlər

Ekspertlər payız aylarına daha ciddi hazır olmağımızı tövsiyə edirlər

Tarix: 3 Iyul 2020 17:46

Ekspertlər payız aylarına daha ciddi hazır olmağımızı tövsiyə edirlər.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, payız aylarında kəskin respirator virus infeksiyalarının, eləcə də COVİD-19-un əlamətlərinə oxşar olan virusların yayıldığı dövr olur:

"Payız aylarında yoluxmanın azalması sahəsində müsbət nəticə əldə edə bilməsək, ağır nəticələr baş verə bilər. Tibb müəssisələri də lazım olan addımları atır. Çarpayı fondunu artırsaq belə, xəstəliyin yoluxmasının artmasının qarşısını almasaq, yayılmanın qarşısını ala bilməyəcəyik".


Etiketlər:  Ekspertlər payız aylarına daha ciddi hazır olmağımızı tövsiyə edirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ