Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanda koronavirusdan ölənlərin sayı 477 nəfərə çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 477 nəfərə çatıb

Tarix: 4 Iyul 2020 11:20

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 27 900 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 580 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 8 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 477 nəfər koronavirusdan ölüb, 11 488 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.


Etiketlər:  Ermənistanda koronavirusdan ölənlərin sayı 477 nəfərə çatıb


RƏYLƏR