Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2020 14:22
Ermənistan çempionatının birinci dəstəsində 2019/20 mövsümünü yarımçıq başa çatdırılıb.
Sonxeber.net Apasport.az-a istinadən xəbər verir ki, bu barədə qərarı Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsi verib.
Buna koronavirus pandemiyası deyil, danışılmış oyunlar səbəb olub. UEFA və hüquq-mühafizə orqanlarından alınan məlumatlar əsasında 18 iştirakçı klubdan 5-i və 58 şəxs müxtəlif müddətdə diskvalifikasiya olunub. Bu klublar "Araqats", "Torpedo", "Masis", "Lokomotiv" və "Yerevan"dır. Cəzalanan şəxslərdən 45-i ömürlük futboldan kənarlaşdırılıb.
Qeyd edək ki, çempionat başa çatdırılan vaxt "Van" və "Lokomotiv" 70 xalla lider idi.